İran Ermənistanda "Şimal-Cənub" layihəsinin yeni hissələrini tikməyə hazırdır
İran şirkətləri Ermənistanın "Şimal-Cənub" avtomobil yolu layihəsinin digər hissələrinin tikintisini həyata keçirməyə hazır olduqlarını bildiriblər.
Crossmedia.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Sputnik Ermənistanın sualını cavablandırarkən deyib.
Səfirin sözlərinə görə, İran şirkətləri layihə ilə bağlı elan olunan tender müsabiqələrində iştirak edirlər. O qeyd edib ki, podratçıların seçilməsi ilə bağlı yekun qərarı Ermənistan hökuməti verəcək.
Xəlil Şirqolami bildirib ki, İran şirkətlərinin əsas üstünlüyü onların yüksək mühəndis-texniki potensiala və zəruri resurslara malik olmalarıdır. Bundan əlavə, İran-Ermənistan sərhədinə yaxın yerləşmələri tikinti materiallarının daha qısa müddətdə və daha sərfəli qiymətlərlə çatdırılmasına imkan yaradır.
Səfir əlavə edib ki, bu amillər İran şirkətlərinin layihədə iştirak imkanlarını artırır.
14:06 08.07.2026
Oxunuş sayı: 37