İran haraları vuracaq? Hədəflər açıqlandı
İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına dəstək verən bütün qüvvələrə sərt xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, qərargahın bəyanatı İranın dövlət televiziyası "IRIB" tərəfindən yayımlanıb.
Bəyanatda qeyd olunur ki, ABŞ ordusunun İslam Respublikasına qarşı həyata keçirdiyi hücumlara hər hansı formada dəstək göstərən bütün qüvvələr İran Silahlı Qüvvələrinin qanuni hədəfi hesab olunacaq.
"ABŞ ordusunun İslam Respublikasına qarşı təcavüzünə dəstək verən istənilən qüvvə ölkənin silahlı qüvvələri üçün qanuni hədəfə çevriləcək", – deyə bəyanatda bildirilib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi ABŞ-ı müvəqqəti atəşkəs razılaşmasını kobud şəkildə pozmaqda ittiham edib. Nazirlik Vaşinqtonun İrana təkrar zərbələr endirməsini və Tehranın neft satışına imkan verən lisenziyanı ləğv etməsini atəşkəs memorandumunu faktiki olaraq qüvvədən salan addımlar kimi qiymətləndirib.
İran XİN bəyan edib ki, ABŞ Maliyyə Nazirliyinin qərarı memorandumun 15-ci maddəsinin açıq şəkildə pozulmasıdır və bunun doğuracağı nəticələrə görə bütün məsuliyyət Vaşinqtonun üzərinə düşür.
Rəsmi Tehran, həmçinin, ABŞ-ın İrana zərbələr endirmək üçün öz ərazilərindən istifadə etməsinə imkan verəcək qonşu ölkələri mümkün nəticələr barədə xəbərdar edib.
12:34 08.07.2026
Oxunuş sayı: 40