Tramp: İranla atəşkəs bitib
ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rütte ilə keçirdiyi birgə mətbuat konfransında İran və Türkiyə ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, Tramp İranla əldə olunmuş atəşkəsin artıq qüvvədə olmadığını bildirib.
"Fikrimcə, İranla atəşkəs başa çatıb. Mən bu atəşkəsin davam etməsini istəmirəm. İranlılar, məncə, ağıllarını itiriblər və daim yalan danışırlar", – deyə ABŞ Prezidenti bildirib.
Tramp çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə də danışıb.
"Ərdoğanı sevirəm. Türkiyənin güclü ordusu var idi və müharibəyə qoşula bilərdi, amma bunu etmədi", – deyə o vurğulayıb.
12:28 08.07.2026
Oxunuş sayı: 41