Rusiya Kiyev və Zaporojyeyə zərbələr endirib
Rusiya iyulun 8-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, hücum nəticəsində inzibati binalara və tramvay infrastrukturuna ziyan dəyib. İlkin məlumata görə, iki nəfər xəsarət alıb.
Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, gecə saatlarında Kiyevdə "Samsung" müəssisəsinə zərbə endirilib. İddialara görə, həmin müəssisədə "Flaminqo" adlı sistem üçün komponentlər istehsal olunurdu.
Bundan başqa, Rusiya ordusu Zaporojyeyə də idarəolunan aviasiya bombaları ilə bir neçə zərbə endirib. Hücum nəticəsində minlərlə sakin elektrik enerjisiz qalıb, müəssisə və qaraj kooperativi zədələnib. Yaralananların olduğu bildirilir.
Qeyd edək ki, tərəflərin səsləndirdiyi məlumatlar müstəqil mənbələr tərəfindən hələlik tam təsdiqlənməyib.
09:56 08.07.2026
Oxunuş sayı: 38