KİV: Avropa 3 min kilometr mənzilli yeni raket hazırlayacaq
Ukrayna, Fransa, Almaniya və Niderland uzaqmənzilli raketin hazırlanması üzrə birgə layihəyə başlayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Məlumata görə, layihəyə Böyük Britaniya rəhbərlik edəcək. Hazırlanacaq yüksək dəqiqlikli raketlərin 1 000–3 000 kilometr məsafədə yerləşən hədəfləri vurmaq imkanına malik olacağı bildirilir.
Nəşrin yazdığına görə, layihənin əsas məqsədi ABŞ Prezidenti Donald Trampın Avropadakı hərbi mövcudiyyətə yenidən baxması fonunda qitənin Amerika silah sistemlərindən asılılığını azaltmaqdır.
Qeyd olunur ki, layihə Avropa ölkələrinin müdafiə sənayesi sahəsində əməkdaşlığını gücləndirməyə və uzunmənzilli zərbə imkanlarını artırmağa yönəlib.
09:48 08.07.2026
Oxunuş sayı: 39