Ukrayna: Rusiya ilin əvvəlindən 200-dən çox lokomotivi məhv edib
Rusiya ilin əvvəlindən bəri Ukraynaya məxsus 200-dən çox lokomotivi məhv edib və ya zədələyib.
Crossmedia.az xəbər verir ki, bunu Ukraynanın İcmaların İnkişafı naziri Aleksey Kuleba bildirib.
Nazirin sözlərinə görə, son raket zərbəsi Dnepropetrovsk vilayətində dəmir yolu infrastrukturuna endirilib. Hücum nəticəsində iki lokomotiv zədələnib, lokomotiv briqadaları isə vaxtında sığınacağa çəkildikləri üçün xəsarət almayıblar.
Kuleba qeyd edib ki, zədələnmiş dəmir yolu infrastrukturunun bərpası üzrə işlərin həcmi daim artır və bunun üçün böyük maliyyə vəsaiti tələb olunur.
O vurğulayıb ki, davam edən hücumlara baxmayaraq, Ukrayna dəmir yolları fəaliyyətini davam etdirir və regionlar arasında nəqliyyat əlaqəsini bərpa edir.
17:19 04.07.2026
Oxunuş sayı: 56