Yaponiya alternativ neft mənbələrinə yönəlib
ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı memorandum imzalanıb, Ormuz boğazından keçən dəniz nəqliyyatı tədricən bərpa olunur.
Crossmedia.az xəbər verir ki, xarici media bu barədə məlumat yayıb.
Məlumata görə, razılaşmadan sonra ABŞ və İran arasında gərginlik səngiyib və strateji əhəmiyyətli Ormuz boğazı vasitəsilə gəmiçiliyin əvvəlki rejimə qayıtması prosesi başlayıb.
Bununla yanaşı, enerji bazarında yaranan qeyri-müəyyənlik Yaponiyanı alternativ təchizat mənbələri axtarmağa məcbur edib. Ölkə iyul ayında tələbatını 100% təmin edə bilsə də, enerji böhranının tam aradan qalxmadığı bildirilir.
Son illərdə Yaponiya neft idxalının 90%-dən çoxunu əsasən Yaxın Şərq ölkələrindən əldə edir və bu tədarükün böyük hissəsi Ormuz boğazından keçir. Bölgədə yaranan hərbi gərginliklər fonunda Tokio alternativ bazarlara yönəlib.
Məlumata əsasən, Yaponiya şirkətləri artıq 10-dan çox ölkədən neft alıb. Bu ölkələr sırasında Azərbaycan və Cənubi Sudan da yer alır. Həmçinin az miqdarda neft Rusiyadan da alınıb.
Yeni enerji strategiyasında əsas alternativ təchizatçı isə ABŞ-da hasil olunan şist nefti olub. Mütəxəssislərin fikrincə, bu dəyişikliklər Yaponiyanın enerji təhlükəsizliyini qısamüddətli olaraq gücləndirsə də, ölkənin idxaldan asılılığı davam edir.
01:37 05.07.2026
Oxunuş sayı: 70