Tehranda minlərlə insan Xameneinin xatirəsinə keçirilən aksiyaya qatılıb
İranın paytaxtı Tehranda minlərlə insan ölkənin keçmiş ali dini lideri Əli Xameneinin xatirəsinə həsr olunmuş kütləvi aksiyaya qatılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Sputnik Armenia məlumat yayıb.
Məlumata görə, iranlılar 100 gündən artıqdır ki, Tehranda və ölkənin digər şəhərlərində milli birlik şüarı altında mütəmadi olaraq kütləvi toplantılar keçirirlər.
Bildirilib ki, növbəti aksiyada iştirakçılar əllərində Əli Xamenei və onun ailə üzvlərinin şəkilləri olan plakatlar daşıyıblar.
Toplaşanların əsas şüarı "Siz cəbhəni qoruyun, biz küçələri" olub. Şəhərin mərkəzi meydanında isə İran xalqının möhkəmliyini simvolizə etdiyi bildirilən, Əli Xameneinin sıxılmış yumruğu formasında abidə quraşdırılıb.
09:13 04.07.2026
Oxunuş sayı: 60