BƏƏ BMT-yə baş katib postu üçün namizədini irəli sürür
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) BMT-nin baş katibi vəzifəsinə öz namizədini irəli sürmək üçün diplomatik fəaliyyətə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə BMT-dəki iki mənbəyə istinadən xarici KİV məlumat yayıb.
Məlumata görə, BƏƏ xarici işlər nazirinin köməkçisi və ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi Lana Nuseybənin namizədliyini dəstəkləyir.
Mənbələrin bildirdiyinə görə, Əbu-Dabi bu məsələ ilə bağlı digər potensial namizədlər – Nikolay Mladenov və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə koordinasiyalı fəaliyyət göstərir.
Bildirilir ki, müzakirə olunan ssenarilərdən birinə əsasən, onlardan biri BMT-nin baş katibi, digəri isə baş katibin müavini ola bilər.
Mənbələrin iddiasına görə, Nikolay Mladenovun namizədliyi Rusiyanın vetosu ilə, Rafael Qrossinin namizədliyi isə BMT Təhlükəsizlik Şurasının bəzi daimi üzvlərinin etirazı ilə üzləşə bilər.
15:47 03.07.2026
Oxunuş sayı: 43