TƏCİLİ: İran–ABŞ müqaviləsi təxirə salınıb
İranın ABŞ ilə nəzərdə tutulan müqavilənin imzalanmasını Livandakı vəziyyətlə əlaqədar təxirə saldığı bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Hizbullah sözçüsü bildirib ki, İran–ABŞ razılaşmasının elan edilməsindən sonra təşkilat İsrailə qarşı heç bir hərbi əməliyyat həyata keçirməyib.
Onun sözlərinə görə, atəşkəslə bağlı gələcək mövqe İsrailin əldə olunan razılaşmalara əməl edib-etməməsindən asılı olacaq. Sözçü həmçinin vurğulayıb ki, hərəkat Livanda İsrail üçün heç bir “fəaliyyət azadlığı”nı qəbul etmir.
Bundan əlavə, o iddia edib ki, İran İsrailin Livanda atəşkəs şərtlərinə əməl edib-etmədiyini izləmək məqsədilə ABŞ ilə müqavilənin imzalanmasını müvəqqəti dayandırıb.
Rəsmi Tehran və Vaşinqtondan isə bu iddialarla bağlı hələlik açıqlama verilməyib
17:48 15.06.2026
Oxunuş sayı: 45