Dini mərkəzə zərbə kimdən gəlib? İki fərqli versiya gündəmi qarışdırdı
Rusiya Müdafiə Nazirliyi Kiyev-Peçersk Lavrasına Ukraynaya məxsus “Patriot” raketinin düşdüyünü bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin açıqlamasına görə, hadisə nəticəsində dini kompleksə zərər dəyib və məsələ ilə bağlı araşdırma aparılır.
Digər tərəfdən, Kiyev-Peçersk Lavrasının Milli Qoruğunun direktoru Maksim Ostapenko isə bildirib ki, Lavranın əsas məbədi olan Uspenskiy Soboru “Şahed” tipli pilotsuz uçuş aparatı ilə vurulub. Onun sözlərinə görə, bu PUA-nın Rusiya tərəfindən istifadə edildiyi qeyd olunur.
Hadisə ilə bağlı tərəflər bir-birini günahlandırır və fərqli versiyalar irəli sürülür.
14:26 15.06.2026
Oxunuş sayı: 53