Kral ailəsinin üzvü barədə hökm AÇIQLANDI
Norveç vəliəhd şahzadəsinin oğlu Marius Borq Höybi zorlama işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məhkəmə onu iki epizod üzrə zorlama və digər cinayətlərdə təqsirli bilib. Krallıq ailəsinin üzvü ilə bağlı cinayət işi 2024-cü ildə başlanıb və istintaq zamanı iş üzrə yeni epizodlar ortaya çıxıb.
Höybi cinsi zorakılıq ittihamlarını rədd etsə də, istintaq zamanı qurbanlardan birinə qarşı narkotik vasitələrin təsiri altında fiziki zorakılıq tətbiq etdiyini etiraf edib.
Marius Borq Höybi 2001-ci ildə anası Mette-Marit Norveç vəliəhdi Haakonla ailə qurduqdan sonra krallıq ailəsinin üzvü olub.
13:54 15.06.2026
Oxunuş sayı: 55