Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmməd Elyasov məlumat verib. Onun sözlərinə görə, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək bir sıra sənədlərin imzalanması gözlənilir.
Səfir qeyd edib ki, nəzərdə tutulan görüşlər Azərbaycan-Türkmənistan əlaqələrinin müxtəlif istiqamətlər üzrə möhkəmləndirilməsinə xidmət edəcək.
13:46 15.06.2026
Oxunuş sayı: 60