İsraildən ABŞ-yə mesaj: Livanda hərbi əməliyyatlar dayanmır
İsrailin Baş naziri Benjamin Netanyahu ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi telefon danışığında Livan ərazisindəki hərbi əməliyyatların davam etdiriləcəyini bildirib.
Crossmedia.az İsrail mediasının məlumatına istinadən xəbər verir ki, Netanyahu Israil Müdafiə Qüvvələrinin Livandakı mövqelərində qalacağını və Hizbollah tərəfindən yaradılan təhlükəyə qarşı əməliyyatların davam etdiriləcəyini vurğulayıb.
Baş nazir həmçinin “terror infrastrukturunun məhv ediləcəyini” və İsrailə qarşı hər hansı hücuma dərhal cavab veriləcəyini Trampa açıq şəkildə çatdırıb.
14:18 15.06.2026
Oxunuş sayı: 47