Qazaxın bu kəndləri də Azərbaycana qaytarıla bilər
Azərbaycanla Ermənistan arasındakı Yuxarı Əskipara və Günən-Əskipara yolunun bəzi hissələrinin Azərbaycana verilməsi ehtimalının yüksək olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, Ermənistanın “Hayeli” nəşrinin yaydığı məlumata görə, sözügedən məsələ tərəflər arasında aparılan müzakirələr çərçivəsində gündəmdədir. Nəşr iddia edir ki, yolun müəyyən hissələrinin Azərbaycanın nəzarətinə keçməsi ehtimalı nəzərdən keçirilir.
Məlumatla bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.
13:38 15.06.2026
Oxunuş sayı: 65