Trampın izlədiyi döyüşdə məğlubedilməz Topuriya ilk dəfə uduzdu
ABŞ-də keçirilən "UFC White House – Freedom 250" turnirində sensasion nəticə qeydə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunan turnirin əsas döyüşündə amerikalı Castin Qeyci daha əvvəl məğlubiyyət üzü görməyən gürcüstanlı çempion İliya Topuriya üzərində qələbə qazanaraq UFC-nin yüngül çəkidə tamhüquqlu çempionu olub.
Qeyci dördüncü raunddan sonra həkim qərarı ilə döyüşün dayandırılması nəticəsində texniki nokautla qalib elan edilib.
Turnirdə ABŞ prezidenti Donald Tramp da iştirak edib. O, döyüşdən sonra qalibi şəxsən təbrik edib.
13:20 15.06.2026
Oxunuş sayı: 48