ABŞ Hörmüz boğazında müşayiət əməliyyatlarını bərpa edib
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərinin müşayiət olunması əməliyyatlarını yenidən bərpa edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” yayıb.
Məlumata əsasən, göyərtəsində təxminən 2 milyon barrel neft olan Yunanıstana məxsus supertankeri ABŞ hərbi gəmiləri Oman sahili boyunca müşayiət edərək təhlükəsiz keçidini təmin edib. Həmin tanker mart ayının əvvəlindən Fars körfəzində olub və hazırda yükünü çatdırmaq üçün Hindistana doğru hərəkət edir.
Nəşr bildirir ki, bu addım strateji əhəmiyyətli su yolunda təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş ABŞ təşəbbüsü çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, yaxın günlərdə ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçəcək təxminən 12 ticarət gəmisini, o cümlədən supertankerlər və konteyner gəmilərini müşayiət etməyi planlaşdırır.
08:40 27.05.2026
Oxunuş sayı: 53