Bakı gördüyüm ən yaxşı şəhərlərdən biridir - Afrikalı aktivist
Azərbaycanın bütün bölgələrini gəzməmişəm, amma gördüyüm qədəri ilə Bakı ən yaxşı şəhərlərdən biridir.
Bunu Crossmedia.az-a açıqlamasında Afrikalı aktivist deyib.
O Bakıya ilk dəfə gəldiyini qeyd edib: “Mən Afrikadan gəlmişəm. Buraya gələndən sonra Bakı haqqında çox xoş təəssüratlar formalaşdı. Düşünürəm ki, Bakı çox gözəl şəhərdir. Buradakı insanlar çox qonaqpərvərdir, həm kişilər, həm də qadınlar insanlara böyük hörmət və isti münasibət göstərirlər”.
Aktivist Ümumdünya Şəhərsalma Forumu ilə bağlı da fikirlərini bölüşüb:
“Hazırda burada keçirilən World Urban Forum 13 tədbirində iştirak etmək üçün gəlmişəm. Tədbirin təşkilatçılığı xüsusilə diqqətimi çəkdi. Bakı Olimpiya Stadionunda qurulan təşkilati işlər çox yüksək səviyyədədir, hər şey olduqca gözəl və peşəkar şəkildə təşkil olunub”.
Ayhan
12:10 18.05.2026
Oxunuş sayı: 253