İranla əlaqəli 34 tanker ABŞ blokadasını keçib
Bu günə qədər İranla əlaqəli azı 34 neft tankeri ABŞ tərəfindən tətbiq edilən blokadanı keçə bilib.
Crossmedia.az bu barədə "Financial Times"ə istinadən xəbər verir.
Məlumata əsasən, həmin gəmilərdən 19-u Ərəb Körfəzindən çıxıb, 15-i isə Ərəb dənizi istiqamətindən körfəzə daxil olub.
Bildirilir ki, çıxan tankerlərdən 6-sı İran xam nefti daşıyıb və ümumi yük həcmi təxminən 10,7 milyon barel təşkil edib.
Hesablamalara görə, Brent markalı neft ilə müqayisədə təxminən 10 dollar endirim nəzərə alınaraq, bu daşımaların ümumi gəliri təxminən 910 milyon dollar olub.
Qeyd edilir ki, İran nefti sanksiyalar səbəbindən adətən daha ucuz qiymətə satılır.
09:46 23.04.2026
Oxunuş sayı: 51