Hörmüz boğazında saxta “təhlükəsiz keçid” mesajları yayılır
Yunanıstan mənşəli dəniz risklərinin idarə edilməsi şirkəti MARISKS Hörmüz boğazında gəmiçilik şirkətlərinə göndərilən saxta mesajlarla bağlı xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, anonim şəxslər özlərini İran hakimiyyətini təmsil edən qurum kimi təqdim edərək, gəmi sahiblərinə kriptovalyuta qarşılığında “maneəsiz və təhlükəsiz keçid” vəd edirlər.
Mesajlarda şirkətlərdən Bitcoin və ya Tether ilə ödəniş etmələri tələb olunur. Lakin MARISKS bu məlumatların tamamilə saxta olduğunu və rəsmi qurumlarla əlaqəsinin olmadığını vurğulayıb.
Qeyd olunub ki, bu cür mesajlar əsasən Hörmüz boğazının qərb hissəsində fəaliyyət göstərən və risk altında olan gəmiçilik şirkətlərinə göndərilir.
Eyni zamanda, son günlərdə bölgədə Hindistana məxsus bir gəminin vurulduğunu əks etdirən video yayılıb. Videoda gəmi heyətinin İran tərəfi ilə əlaqə saxlayaraq ödəniş etdiklərini və keçid üçün icazə aldıqlarını iddia etdikləri görünür.
09:17 23.04.2026
Oxunuş sayı: 52