Ermənistanda infeksiya yayılıb
Kütləvi bağırsaq infeksiyasının baş verdiyi Ermənistanın Byureqavan bölgəsində içməli su standartlarında heç bir nöqsan aşkar edilməyib.
Crossmedia.az "SputnikAmenia"-ya istinadən xəbər verir ki, bu barədə Su təchizatı operatoru Veolia Djur QSC-nin məlumat yayıb.
Məlumata görə, bundan əvvəl Byureqavan şəhər klinikasının direktoru Armen Vardumyan tibbi yardım üçün müraciətlərin kəskin artdığını bildirmişdi.
Sakinlər ürəkbulanma, qusma, ishal və qızdırma da daxil olmaqla ümumi halsızlıq simptomlarından şikayətləniblər.
Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi səbəbin bağırsaq infeksiyası olduğunu aydınlaşdırıb.
Məlumatlara görə, səbəb içməli suyun ola biləcəyi ehtimal edilir.
Şirkət, həmçinin qeyd edib ki, qalıq xlor ölçmələri də daxil olmaqla kimyəvi testlər bütün göstəricilərin müəyyən edilmiş standartlara cavab verdiyini göstərdi.
Veolia Djur dezinfeksiya işlərinin adi qaydada və lazımi qaydada aparıldığına əminlik verib.
02:35 23.04.2026
Oxunuş sayı: 45