Ukrayna mütəxəssisləri Yaxın Şərqdəki vəziyyətlə bağlı ABŞ-ə mühüm dəstək göstərirlər
Ukrayna mütəxəssisləri ABŞ qoşunlarına Yaxın Şərqdə İran dronlarını vurmaq üçün təlim keçirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İranın son hücumlarından sonra ABŞ Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasında Ukrayna Sky Map sistemini yerləşdirib.
Ukrayna Silahlı Qüvvələri 2022-ci ildən bəri "Şahid" raketlərini aşkar etmək və tutucu dronları istiqamətləndirmək üçün ondan istifadə edir.
Platforma radar, sensor və video məlumatlarını vahid idarəetmə sistemində birləşdirir. Son həftələrdə Ukrayna ordusu ABŞ qoşunlarını əməliyyatları üzrə təlimləndirmək üçün bazaya gəliblər.
Agentliyin məlumatına görə, baza mart ayında genişmiqyaslı hücuma məruz qalıb. Təyyarələr məhv edilib, yanacaqdoldurma çənləri və bəzi infrastruktura zərər dəyib.
Xüsusilə, bu, Ağ Ev rəhbəri Donald Trampın dronlarla mübarizədə Ukraynanın ABŞ-ə yardım etməsi ideyasını açıq şəkildə rədd etməsindən qısa müddət sonra baş verib.
19:43 22.04.2026
Oxunuş sayı: 54