Tramp İrana bir neçə gün vaxt verdi
ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinə sülh danışıqlarına qayıtmaq və mövqeyini dəqiqləşdirmək üçün cəmi bir neçə gün vaxt verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” xəbər agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Tramp atəşkəsin qeyri-müəyyən müddətə davam etməyəcəyini vurğulayıb və Tehranın gecikməsinin ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ tərəfi hələ də razılaşma imkanının olduğunu hesab edir. Lakin Vaşinqtondakı mənbələrə görə, İran daxilindəki fikir ayrılıqları səbəbindən Tehran hazırda vahid və qəti cavab verməyə hazır görünmür.
19:05 22.04.2026
Oxunuş sayı: 47