ABŞ İraqa zərbə vurdu: 500 milyon dollar BLOKLANDI
ABŞ İraq hakimiyyətinə yerli İranyönlü silahlı qrupların ləğvi istiqamətində təzyiq göstərmək məqsədilə ölkəyə göndərilən 500 milyon dollarlıq nağd pul transferlərini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası İraqa dollar axınını məhdudlaşdırıb, həmçinin silahlı qüvvələrlə təhlükəsizlik əməkdaşlığı proqramlarını da dondurub.
ABŞ Maliyyə Nazirliyinin qərarına əsasən, Nyu-York Federal Ehtiyat Bankındakı hesablardan İraq neftinin satışından əldə olunan təxminən 500 milyon dolların yük təyyarəsi ilə çatdırılması planı, milis fəaliyyəti ilə bağlı narahatlıqlar səbəbindən bloklanıb.
18:57 22.04.2026
Oxunuş sayı: 57