Çin Yaxın Şərqdə gərginliyə görə xəbərdarlıq etdi: Kritik mərhələdir
Çin Yaxın Şərqdəki vəziyyətin son dərəcə həssas olduğunu və regionun müharibə ilə sülh arasında kritik mərhələdə olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiacun mətbuat konfransında çıxışı zamanı əsas prioritetin hərbi əməliyyatların yenidən başlamasının qarşısının alınması olduğunu vurğulayıb.
O, atəşkəsin uzadılması ilə bağlı birbaşa şərh verməsə də, Pekinin regionda konstruktiv rol oynamağa davam edəcəyini qeyd edib.
ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin uzadıldığını və dəniz məhdudiyyətləri daxil olmaqla Tehrana təzyiqlərin davam edəcəyini açıqlayıb.
18:25 22.04.2026
Oxunuş sayı: 43