İran tankerləri ABŞ blokadasını aşır
İran neft tankerləri ABŞ tərəfindən tətbiq edilən blokadaya baxmayaraq fəaliyyətini davam etdirir.
Crossmedia.az bu barədə "Financial Times"ə istinadən xəbər verir.
Analitik şirkət Vortexanın statistikalarına əsasən, blokada başlayandan sonra İranla əlaqəli azı 34 tanker məhdudiyyətləri aşaraq hərəkət edib.
Məlumata görə, ABŞ 13 aprel tarixindən etibarən İran sahil sularına daxil olan və ya oradan yükləmə edən bütün gəmilərə blokada tətbiq edib. Bu addım Vaşinqtonun Tehrana təzyiqi artırmaq və onu yeni razılaşmaya məcbur etmək cəhdi kimi qiymətləndirilir.
Buna baxmayaraq, İranın müxtəlif marşrutlar və üsullardan istifadə edərək bu məhdudiyyətləri qismən də olsa aşdığı bildirilir.
18:27 22.04.2026
Oxunuş sayı: 42