Axios: Tramp atəşkəsi Xameneyidən cavab gözləntisi ilə uzadıb
ABŞ prezidenti Donald Tramp İranla bağlı atəşkəsi Müctəba Xameneyidən gələcək cavabın gözlənilməsi səbəbilə uzadıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pakistanın vasitəçilik səyləri ilə tanış olan regional mənbələr və İsrail rəsmiləri bu qərarın məhz danışıqlarla bağlı gözlənti ilə əlaqəli olduğunu bildiriblər. İsrail tərəfinin iddiasına görə, Xameneyinin cavabı çərşənbə günü təqdim edilə bilər.
Tehran daxilində danışıqların davam etdirilməsi məsələsində fikir ayrılıqları qalır. Parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçı dialoqu dəstəkləsələr də, SEPAH komandirləri ABŞ sanksiyaları və blokadası davam etdiyi müddətdə hər hansı güzəştə qarşı çıxırlar.
18:35 22.04.2026
Oxunuş sayı: 51