Hörmüz boğazında gərginlik: İİKK üçüncü gəmiyə hücum edib
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında daha bir gəmini hədəf alıb.
Crossmedia.az bu barədə "Nour News"ə istinadən xəbər verir ki, “Euphoria” adlı gəmi İran sahilləri yaxınlığında lövbər salıb, lakin hadisənin detalları açıqlanmayıb.
Bundan əvvəl İİKK-nın Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında iki xarici ticarət gəmisini – İsraillə əlaqəli MSC FRANCESCA və EPAMINODES gəmilərini naviqasiya qaydalarını pozduqlarına görə saxladığı bildirilmişdi.
17:42 22.04.2026
Oxunuş sayı: 234