Özbəkistan torpaqları 49 illik icarəyə çıxarır
Özbəkistan kənd təsərrüfatı torpaqlarının 49 il müddətinə icarəyə verilməsini planlaşdırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İcarəçilərə məhsul seçimində sərbəstlik veriləcək.
2026-cı ildə əlavə 100 min hektar torpaq sahəsinin yenilənmiş şərtlərlə hərraca çıxarılması nəzərdə tutulur.
Məqsəd torpaqdan istifadənin səmərəliliyini artırmaq və peşəkar investorları cəlb etməkdir. Plan həmçinin sənaye plantasiyaları üçün torpaqların satışının və hərracların genişləndirilməsini də əhatə edir.
İqtisadiyyat və maliyyə nazirinin birinci müavini İlhom Norkulov bildirib ki, yeni yanaşmalar torpaqların daha effektiv sahiblərə verilməsinə yönəlib.
17:30 22.04.2026
Oxunuş sayı: 334