Bolqarıstanda avtobus qəzası: 2 ölü
Bolqarıstan-da Ukraynaya məxsus avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Burqas–Malko Tırnovo yolunda 37 sərnişin və 2 sürücünü daşıyan, hamısı Ukrayna vətəndaşı olan avtobus yanacaq tükəndiyi üçün yol kənarında dayanıb.
Sərnişinlər avtobusdan düşdükdən sonra nəqliyyat vasitəsi qəfil hərəkətə gələrək onların üzərinə çıxıb və xəndəyə düşüb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb. Yerli hakimiyyətin məlumatına görə, avtobus Türkiyəyə doğru gedən Ukrayna vətəndaşlarının səfəri çərçivəsində hərəkət edirdi.
16:15 22.04.2026
Oxunuş sayı: 54