Qrossi: Nəzarətsiz razılaşma mümkün deyil
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Grossi bildirib ki, ABŞ və İran arasında mümkün razılaşma qurumun iştirakı olmadan real nəticə verməyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, hər hansı razılaşma əldə olunarsa, Beynəlxalq Atom Enerjisi Agentliyi prosesə cəlb olunmalı və yoxlamalar aparmalıdır.
Qrossi vurğulayıb ki, əks halda belə bir razılaşma formal xarakter daşıyacaq və yalnız razılaşma illüziyasına çevriləcək.
13:35 22.04.2026
Oxunuş sayı: 45