Pakistan İrandan cavab gözləyir: Danışıqlara razılıq vacibdir
Pakistan rəsmiləri İranın İslamabad şəhərində keçiriləcək danışıqlarda iştirakını gözlədiklərini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pakistanın informasiya naziri bildirib ki, ölkə vasitəçi kimi çıxış edərək İran tərəfi ilə daim əlaqədədir və diplomatik həll yoluna sadiq qalır.
Nazirin sözlərinə görə, çərşənbə günü Pakistan vaxtı ilə saat 04:50-də son müddət başa çatır və bu səbəbdən İranın vaxtında qərar verməsi olduqca vacibdir.
O əlavə edib ki, Tehran rəsmilərini danışıqların ikinci mərhələsinə qatılmağa razı salmaq üçün intensiv diplomatik səylər davam etdirilir.
10:24 22.04.2026
Oxunuş sayı: 50