Tehrandan sərt mesaj: Bu, müharibə aktıdır
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin ticarət gəmisinə hücumuna kəskin reaksiya verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, “X” platformasında bildirib ki, İran limanlarının blokadaya alınması müharibə aktıdır və bu addım atəşkəsin pozulması kimi qiymətləndirilməlidir. Nazir əlavə edib ki, ticarət gəmisinə hücum və heyətin girov götürülməsi daha ciddi pozuntudur.
Əraqçı vurğulayıb ki, İran öz maraqlarını qorumağı və təzyiqlərə qarşı cavab verməyi yaxşı bilir.
10:10 22.04.2026
Oxunuş sayı: 47