Macarıstan İsrail baş nazirinin həbs orderinə əməl edəcək?
Macarıstan İsrail baş naziri Benyamin Netanyahunun həbs orderinə əməl edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Macarıstan parlament seçkilərində qalib gələn "Tisza" partiyasının lideri Peter Maqyar
bildirib.
Maqyar ölkənin Beynəlxalq Cinayət Məhkəməsindəki üzvlüyünü qorumaq niyyətində olduğunu bildirib.
Onun sözlərinə görə, həbs orderi ilə Beynəlxalq Cinayət Məhkəməsinə üzv olan dövlətin ərazisinə daxil olan hər kəs saxlanılır.
Qeyd etmək lazımdır ki, Orbanın rəhbərliyi altında Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin qərarına baxmayaraq, artıq Macarıstana səfər etmişdi.
21:10 20.04.2026
Oxunuş sayı: 60