Fransalı deputatdan mübahisəli açıqlama
Fransa Milli Assambleyasının üzvü Culien Odoul islamofobiya ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Deputat bildirib ki, İslam irq deyil, din olduğu üçün Fransada islamofobiya qanuni sayılır. Bu yanaşma ölkənin hüquqi çərçivəsinə uyğun hesab olunur.
Sözügedən açıqlama cəmiyyətdə geniş müzakirələrə və fərqli reaksiyalara səbəb olub.
17:55 20.04.2026
Oxunuş sayı: 56