Prokurorluq Serj Sarkisyanla bağlı təzminat tələb edir
Ermənistan prokurorluğu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın müdafiə naziri olduğu dövrdə həyata keçirilmiş torpaq satışı ilə bağlı dövlətdən təxminən 205 min dollar təzminat almaq niyyətindədir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, söhbət İrəvan şəhərinin İsakov prospektində yerləşən 0,17 hektar torpaq sahəsindən gedir.
Qeyd olunur ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi həmin ərazi üzrə QSC ilə bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab edib.
17:25 20.04.2026
Oxunuş sayı: 54