Neft uğrunda yeni yarış: Şirkətlər Yaxın Şərqdən uzaqlaşır
İranda baş verən müharibə fonunda iri enerji şirkətləri neft hasilatını genişləndirməyə başlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, şirkətlər Yaxın Şərqdən kənarda yeni yataqların işlənməsi üçün investisiyalarını artırır.
Xüsusilə Afrika, Cənubi Amerika və Aralıq dənizi regionlarında neft yataqlarının araşdırılması və işlənməsi imkanları nəzərdən keçirilir.
Ekspertlər hesab edir ki, bu addımlar enerji bazarında riskləri azaltmaq və alternativ mənbələri genişləndirmək məqsədi daşıyır.
17:00 20.04.2026
Oxunuş sayı: 54