ABŞ İraqdakı vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb
ABŞ İraqda artan təhlükəsizlik riski səbəbindən öz vətəndaşlarına təcili olaraq ölkəni tərk etməyi tövsiyə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bağdaddakı ABŞ səfirliyi İranla əlaqəli silahlı qrupların yaxın 24–48 saat ərzində İraq paytaxtının mərkəzi bölgələrinə hücum edə biləcəyi barədə xəbərdarlıq yayıb.
Diplomatik missiyanın açıqlamasında bildirilir ki, mümkün hücumların hədəfi ABŞ vətəndaşları, şirkətlər, universitetlər, diplomatik nümayəndəliklər, enerji infrastrukturu, hava limanları, otellər və ABŞ-la əlaqəli hesab edilən digər obyektlər, eləcə də İraq dövlət qurumları və mülki ərazilər ola bilər.
ABŞ tərəfi vəziyyəti yüksək riskli kimi qiymətləndirərək vətəndaşların təhlükəsizliyi üçün dərhal ölkədən çıxmalarını tövsiyə edir.
16:40 20.04.2026
Oxunuş sayı: 57