Türkiyə: Orta Dəhliz Avropa üçün strateji imkandır
Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi və Şimali Avropa Departamentinin rəhbəri Mustafa Pulat bildirib ki, Avropa Orta Dəhlizin inkişafında daha fəal rol oynamalıdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu layihə yalnız regional deyil, həm də Avropa üçün iqtisadi və geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Pulat qeyd edib ki, Orta Dəhliz alternativ nəqliyyat xətti olmaqla yanaşı, strateji transformasiya vasitəsi kimi də çıxış edə bilər.
O, həmçinin bu marşrutun Avropanın Qafqaz və Orta Asiyada mövqeyini gücləndirə biləcəyini vurğulayıb. Diplomat Yaxın Şərqdəki gərginliklərin layihənin inkişafına mənfi təsir göstərdiyini deyib və Avropanın prosesdə daha aktiv iştirakını vacib sayıb.
18:00 20.04.2026
Oxunuş sayı: 48