Sanksiyaya məruz qalan neft tankeri Hörmüz boğazından keçib
ABŞ-nin tətbiq etdiyi sanksiyalar altında olan “Nero” adlı neft tankeri Hörmüz boğazından keçib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Seneqal bayrağı altında üzən gəminin bir neçə saat əvvəl bu strateji marşrutu keçdiyi bildirilir.
Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji daşımalarının əsas arteriyalarından biridir və burada baş verən hadisələr dünya neft bazarına ciddi təsir göstərə bilər.
17:45 20.04.2026
Oxunuş sayı: 61