Lukaşenko: Mən diktator deyiləm
Belarus prezidenti Aleksandr Lukaşenko özünü diktator hesab etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, o, RT-yə verdiyi müsahibədə “Mən yox, qətiyyən yox” deyərək belə bir səlahiyyətə malik olmadığını qeyd edib.
Lukaşenko bununla yanaşı, ABŞ prezidenti Donald Trampın daha geniş təsir imkanlarına sahib olduğunu iddia edib. Onun sözlərinə görə, Tramp Venesuela, Kuba, İran və Çin kimi ölkələrə təsir göstərməyə çalışır.
Belarus lideri həmin ölkələrlə bağlı siyasətlərin diktə etmə cəhdləri kimi qiymətləndirilməli olduğunu da vurğulayıb.
17:23 20.04.2026
Oxunuş sayı: 60