BƏƏ nefti yuanla sata bilər
Birləşmiş Ərəb Əmirlikləri ABŞ-nin dollar dəstəyinin zəifləməsi və ya tükənməsi halında neft satışlarını Çin yuanı ilə həyata keçirmə ehtimalını gündəmə gətirib.
Crossmedia.az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.
Bu açıqlama qlobal enerji bazarında valyuta sisteminin gələcəyi ilə bağlı müzakirələrin artdığı dövrə təsadüf edir. BƏƏ rəsmiləri alternativ valyutalardan istifadənin mümkün ssenari olduğunu istisna etməyiblər. Bu addımın reallaşması beynəlxalq neft ticarətində dolların üstün mövqeyinə təsir göstərə biləcəyi qeyd olunur.
17:37 20.04.2026
Oxunuş sayı: 46