Si Cinpin Hörmüz boğazının açıq qalmasını istədi
Çin lideri Si Cinpin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı zamanı Hörmüz boğazından gəmilərin maneəsiz keçməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az bu barədə xarici mediyaya istinadən xəbər verir.
O bildirib ki, Çin dərhal və hərtərəfli atəşkəsin tərəfdarıdır və Yaxın Şərqdəki münaqişələrin siyasi və diplomatik yollarla həllini dəstəkləyir.
Hörmüz boğazının açıq qalması region ölkələri və beynəlxalq ictimaiyyət üçün ümumi əhəmiyyət daşıyır. Çin həmçinin bölgədə əməkdaşlıq və sabitliyin gücləndirilməsini dəstəklədiyini bəyan edib.
16:50 20.04.2026
Oxunuş sayı: 54