Paşinyan Qarabağa qayıdış mövzusunu bağladı
Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin Qarabağa qayıtması məsələsinin artıq gündəmdə olmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediyaya istinadən xəbər verir.
O qeyd edib ki, bundan sonra kimin harada yaşadığı və nəyə sahib olduğu araşdırılmayacaq: Biz bu məsələni bağlayırıq. Sülhə nail olmağın yeganə yolu budur.
Paşinyan əlavə edib ki, hər kəsin öz həqiqəti var və beynəlxalq platformalarda bu həqiqətlərin səsləndirilməsi hər zaman gözlənilən dəstəyi qazandırmır.
16:42 20.04.2026
Oxunuş sayı: 49