Bolqarıstanda parlament seçkiləri: Rusiya yönümlü qüvvələr öndədir
Bolqarıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Rusiya yönümlü siyasi qüvvələr üstün mövqedədir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, ölkə prezidenti Rumen Radevə yaxın siyasi blok təxminən 110 mandat qazanıb. Bununla belə, bu nəticə parlament çoxluğunu təmin etmir və hökumətin qurulması üçün koalisiya tələb olunur.
Siyasi müşahidəçilərin fikrincə, sol yönümlü partiyalar parlamentə daxil ola bilər və bu halda Radev həmin qüvvələrlə birlikdə hökumət formalaşdırmağa çalışa bilər.
Qeyd edək ki, nəticələr hələ yekun deyil və rəsmi açıqlamalar gözlənilir.
09:10 20.04.2026
Oxunuş sayı: 45