Kiyevdə polis əməkdaşlarına qarşı cinayət işi açılıb
Ukraynada Baş prokuror Ruslan Kravçenko Kiyevdə aprelin 18-i baş verən insident zamanı hadisə yerini tərk edən polis əməkdaşlarına qarşı cinayət işinin başladıldığını açıqlayıb. Belə ki, onlar vəzifə səhlənkarlığında ittiham olunurlar.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hadisə nəticəsində 6 nəfər həlak olub, 14 nəfər isə yaralanıb. Daxili işlər naziri İqor Klimenko hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib və mülki silahlarla bağlı yeni qanun layihəsinin hazırlanmasının mümkünlüyünü qeyd edib.
18:35 19.04.2026
Oxunuş sayı: 60