Ukraynada atışma: 3 nəfər yaralanıb
Ukraynanın şimalında yerləşən Çerniqov şəhərində naməlum şəxslər küçədə atəş açıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat verib.
Hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir. Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, atışmanın səbəbi və hadisəni törədən şəxslərin kimliyi ilə bağlı araşdırma aparılır.
18:25 19.04.2026
Oxunuş sayı: 47