İran Hörmüz boğazı üzərində nəzarəti ilə təzyiq gücünü saxlayır
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Tehran Hörmüz boğazı üzərində təsir imkanlarını qorumağa davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşric məlumat yayıb.
Məlumata görə, dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi strateji keçid olan Hörmüz boğazı region və qlobal enerji bazarları üçün mühüm əhəmiyyət daşıyır. İranın bu marşrut üzərində mövqeyini sərtləşdirməsi yanacaq və digər məhsulların qiymətlərinə təsir göstərib.
Bildirək ki, ABŞ və İsrail tərəfi hərbi planlamalarda bu strateji keçid üzərində İranın təsirinin məhdudlaşdırılmasını əsas istiqamətlərdən biri kimi nəzərdən keçirir.
Münaqişə nəticəsində İranın hərbi infrastrukturunun bir hissəsinə zərər dəysə də, Hörmüz boğazı üzərindəki nəzarət imkanlarının ciddi şəkildə zəifləmədiyi bildirilir.
18:20 19.04.2026
Oxunuş sayı: 45