Tramp öz fotosuna heyran qaldı və onu kabinetindən asdırdı
ABŞ prezidenti Donald Tramp mətbuatla ünsiyyəti zamanı çəkilmiş fotosuna emosional reaksiya verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə təyyarə bortu yaxınlığında jurnalistlərlə söhbət zamanı baş verib.
Belə ki, Tramp şəkli yüksək qiymətləndirərək bildirib: “Bu çox möhtəşəmdir! Vau! Əla! Dünən çəkilib. Sizcə, Joe Biden belə bir kadr əldə edə bilərdi? Şübhə edirəm! Düşünmürəm! Ümumiyyətlə, o bunun mənasını anlayardımı?”
Qeyd edək ki, Tramp həmin fotonu kabinetində asdırıb.
17:45 19.04.2026
Oxunuş sayı: 56