Atəşkəsdən əvvəl 150 “Hizbullah” üzvü öldürüldü
İsrail Müdafiə Qüvvələri Livanda əməliyyata başlayandan bəri "Hizbullah" qruplaşmasının 1800-dən çox silahlısını məhv edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
"İsrail və Livan arasında atəşkəs rejimi qüvvəyə minməzdən əvvəlki sutka ərzində İMQ 150 silahlını məhv edib. Həmçinin Livanın bir neçə rayonunda qruplaşmanın 300-ə yaxın hərbi obyektinə, o cümlədən buraxılış qurğularına, komandanlıq mərkəzlərinə və silah anbarlarına hücum edilib", - məlumatda deyilir.
15:35 19.04.2026
Oxunuş sayı: 44